Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı Neft Daşlarında çalışan işçilərə verilən çörəyin keyfiyyəti ilə bağlı narahat olduğunu bildirib
Hüquq müdafiəçisi modern.az-a deyib ki, neftçilərə verilən qara çörək kərpicdən fərqlənmir:
“Çörəklərə o qədər maya vurublar ki, turşumuş iy otağımı bürüyüb. Dedilər rəislərə bişirilən çörək iri və keyfiyyətlidir. İndi düşünürəm bu çörəkləri kimə göndərim: Rövnəq Abdullayevə, Daşqın İsgəndərova yoxsa “Xəzər iaşə”nin gözəgörünməz şefinə?”.
SOCAR-ın mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab məlumatların həqiqəti əks etdirmədiyi bildirilib:
“İşçilərimizin sağlamlığı bizim üçün ən vacib məsələdir. Bu istiqamətdə hər zaman monitorinqlər aparırıq. Mətbuatın da bizim diqqətimizə çatdırdığı məsələ tərəfimizdən araşdırılıb. Apardığımız monitorinqlər həmin məlumatların doğru olmadığını göstərdi”.