Bakıda piyadanı vuraraq öldürən 17 yaşlı oğlanın kimliyi açıqlanıb
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalar nəticəsində qəzanı törədən şəxsin 1999-cu il təvəllüdlü Vidadi Məmməd oğlu Rəhimzadə olması müəyyən edilib. Məlum olub ki, V.Rəhimzadənin idarə etdiyi avtomobil atasına məxsus olub.
Faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, ötən gecə Nobel prospektində yolu keçmək istəyən 1964-cü il təvəllüdlü Sevda Nəsirova piyada zolağının üzərində "Hyundai" markalı avtomobillə vurulub.
Yüksək sürətlə hərəkət edən minik maşını qadını 100 metrə yaxın sürüyüb. Nəticədə qadının meyiti iki yerə parçalanıb.
///APA