Ana 4 günün gəlini olan qızını diri-diri yandırdı - "namusumu təmizlədim"

Ana 4 günün gəlini olan qızını diri-diri yandırdı - Pakistanda 18 yaşlı qızını bəyənmədiyi kişiyə ərə getdiyinə görə diri-diri yandıran Parveen Bibiyə edam cəzası verilib.

Hadisə ötən ilin iyun ayında baş verib. Ana qızı Zeenat Rafiqi yatağa bağlayıb, sonra da otağı yandırıb. O, evi yandırdıqdan sonra qonşularının yanına gedərək qızını öldürdüyünü söyləyib. O, qonşulara qızını namusunu təmizləmək üçün yandırdığını deyib.

Zeenatın əri isə jurnalistlərə açıqlamasında bildirib ki, onunla 4 gün evli olublar. 4 gündən sonra Parveen Bibi qızını yandırıb.

///Milli.Az

Oxşar xəbərlər