Quba rayonunda həkim səhlənkarlığından, xəstəxanalardakı özbaşınalıq ucbatından bir ailə bədbəxt olub.
BakiPost.az xəbər verir ki, rayonun Rustov kəndində baş verən qəza zamanı hadisə yerinə çağırılan təcili yardım, gəlib çıxmayıb. Belə olan təqdirdə yaxınları yaralıları özləri xəstəxanaya aparıblar. Lakin xəstəxanada onlara yaxın duran olmayıb. Nəticədə yaralılardan biri qanaxmadan dünyasını dəyişib. Həyatını itirən Rinad Qurbanovun anası xəstəxana rəhbərliyini ittiham edir. Onun sözlərinə görə, Rinadı xəstəxanaya sağ çatırılıb: "Mənim balamı maşın saat 5-də vurub. Təcili yardıma zəng elədik. Gəlib çıxmadı. 102-ə zəng elədim, heç kim gəlmədi. Balamı xəstəxananın qapısından sap-sağlam keçirdim. Bir həkim ona baxmadı”.
Məlumata görə, Musayev Mehman Əmirqulu oğlu öz avtomobili ilə hərəkətdə olarkən 2006-cı il təvəllüdlü kənd sakini Qurbanov Xəqani Nurağa oğlu və onun qardaşı Qurbanov Rinadı vurub. Nəticədə Qurbanov Xəqani "qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol göz altı nahiyəsinin əzilmiş-cırılmış yarası" xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra həyatını itirən şəxsin yaxınlarının etirazları, fəryadları əks olunun videonu təqdim edirik: