Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafında "AzVirt" mühüm rol oynayır

Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafında Avtomobil yollarının inkişafı ölkə iqtisadiyyatının və nəqliyyat sisteminin inkişafı ilə ayrılmaz vəhdət təşkil edir. Respublikamızda iqtisadiyyatın bir çox sahələri kimi nəqliyyat infrastrukturu da dinamik inkişaf etdirilir və təkmilləşdirilir. Müasir tələblərə cavab verən avtomobil yolları çəkilir, körpü və süni qurğular tikilir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafında "AzVirt" mühüm rol oynayır.

Sifarişçilərin məmnunluğunu təmin edəcək idarəetmə mədəniyyətinin formalaşmasına yönəlmiş keyfiyyət siyasətimiz şirkət büdcəsinin məqsədəuyğun istifadə edilməsi, işçilərin vəzifə borclarını yüksək səviyyədə yerinə yetirməsi, bütün idarəçilik və sənədləşdirmə mərhələlərinin inkişaf etdirilməsini əks etdirir.

Şirkәt tikdiyi avtomobil yollarının yüksәk beynәlxalq tәlәblәrә cavab vermәsi üçün ilk növbәdә dünyanın inkişaf etmiş ölkәlәrinin bu sahәdә yüksәk elmi nailiyyәtlәri vә qabaqcıl tәcrübәsini öyrәnәrәk öz fәaliyyәtindә tәtbiq edir. "AzVirt" Azәrbaycanda ilk dәfә olaraq qırmadaş-mastikalı vә polimerli asfaltbeton qarışığını tәtbiq edәn şirkәtdir. İstehsal edilәn asfaltbetonun tәrkibindә aktivlәşdirilmiş mineral tozlardan istifadә edilir. Şirkәtin mәqsәdi bütün texniki, iqtisadi vә estetik parametrlәri nәzәrә alaraq müştәrini tәlәblәrini qarşılamaq üçün әn yaxşı hәll yollarını tapmaqdır. Dürüstlük vә sәmimi iş әlaqәlәrinә әsaslanaraq, eyni zamanda yüksәk keyfiyyәtli iş vә peşәkarlıq nümayış etdirәrәk, Şirkәt әmәkdaşlıq anlayışını daim yüksәk tutur.

2006-cı ildәn başlayaraq "AzVirt", “Şәmkir-Qazax”, “Böyük Şor dairәsi-Heydәr Әliyev Beynәlxalq Hava limanı-Mәrdәkan-Bilgәh”, “Bilgәh-Novxanı-Sumqayıt”, “Buzovna-Mәrdәkan-Qala”, “Qala-Pirallahı”, “Qәbәlә-Ağdaş (km 0,0÷22,0)” avtomobil yollarının yenidәnqurulması, “Dövlәt Bayrağı Meydanına gedәn yolun әsaslı tәmiri” layihәlәrini vә bu layihәlәr çәrçivәsindә bir sıra körpü vә tunellәri (Sabunçu körpüsü, Suraxanı qovşağındakı körpü, Hava limanı qovşağındakı körpü, Binә qovşağındakı asma körpü, Mәrdәkan yol qovşağında körpü vә tunel, Buzovna qovşağında tunel vә yol ötürücüsü, Kardiologiya Mәrkәzinin qarşısındakı tunel vә s.), yeraltı vә yerüstü piyada keçidlәrini tikmәklә ölkәmizdә avtomobil yolları şәbәkәsinin inkişaf etdirilmәsinә öz layiqli töhfәsini verir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "AzVirt" MMC-nin Baş Direktoru PROF. ƏLİ ƏLİYEVİN Azərbaycan xalqina təbriki

“Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir”

2015-ci il arxada qalır. 2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi.

Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Dövlətimizin əsas vəzifəsi ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin etsin, ölkəmizin dinamik inkişafına nail olsun. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə aparılan siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar və Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Dövlətimizin əsas vəzifəsi ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.

Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

PROF. ƏLİ ƏLİYEV

"AzVirt" MMC-nin Baş Direktoru





Oxşar xəbərlər