Bakıda yol verməmək üstündə avtobus sürücüsünü döydülər - Video

Bakıda yol verməmək üstündə avtobus sürücüsünü döydülər - Video Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüblər. Hadisə dekabrın 26-da saat 12.40-da Yasamal rayonu ərazisində baş verib.

Döyülən avtobus sürücüsü "Xaliq Faiqoğlu" MMC-yə məxsus 96 saylı marşrutda çalışır. Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək qəza şəraiti yaradan "KİA" markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtobusun qarşısına keçərək avtobus sürücüsünü qıcıqlandırıb. Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü onlara irad bildirdikdə söyüşlə üzləşib və avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman "KİA"nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdiriblər. Dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.

Şahidlər bildiriblər ki, həmin avtobus dayanacaqdan tərpənəndən az müddət sonra irəlidə yolun hərəkət hissəsində şəxsi avtomobilini saxlayan tanımadığı şəxs avtobus sürücüsünün avtobusu guya onun avtomobilinə çox yaxın sürdüyünü, az qala onun avtomobilini "sürtdüyünü" əsas gətirərək, avobus sürücüsünü "çoban" və sair ifadələrlə təhqir edib. Bu təhqiri eşidən avtobus sürücüsü avtobusu yolun kənarında saxlayıb məsələyə aydınlıq gətirmək üçün aşağı düşdükdə isə döyülüb.

Artıq "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyi daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edərək həmin sürücünün və yanındakı şəxsin tapılıb cəzalandırılmasını xahiş edib.

/// avtosfer.az



Oxşar xəbərlər