İtkin düşən neftçilərin axtarışına 4 sualtı dalğıc gəmisi cəlb olundu — YENİLƏNİB

İtkin düşən neftçilərin axtarışına 4 sualtı dalğıc gəmisi cəlb olundu — YENİLƏNİB Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.

Bu barədə hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahdan bildirilib.

Qeyd olunub ki, bu gündən axtarış işlərinə sualtında axtarış edə bilən 4 dalğıc gəmisi cəlb olunub.

Məlumata görə, bundan başqa axtarış işlərini ətraf yataqlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 10 gəmisi davam etdirir. Eyni zamanda FHN-in 2 helikopteri axtarışa cəlb olunub, daha 1 helikopter isə yaxın dəqiqələrdə havaya qalxacaq.

Qeyd edək ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz – operator

Ötən gün axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb.

Axşam saatlarında onun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

***

"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir.

Bu barədə APA-ya hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib.

"Saat 09:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları davam edir. Axtarışlar nəticə verməyib. Yalnız bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti ötən gün tapılıb və aidiyyatı üzrə təhvil verilib. Axtarışlar həm gəmi, həm də helikopterlərlə davam etdirilir", - deyə məsul şəxs bildirib.

Xatırladaq ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Oxşar xəbərlər