İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz gəlirlərindən asılılığın azaldılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti regionlarda əlverişli biznes mühitinin yaradılmasını, xüsusən istehsal yönümlü sahibkarlığın inkişafını diqqət mərkəzində saxlayır. Son illər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər sahibkarlığa maliyyə dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə, vergi mühitinin sadələşdirilməsinə, zəruri infra¬strukturun yaradılmasına və yerli istehsalın stimullaşdırılmasına yönəlib.
Son vaxtlar Qax rayonunda əkinçilik və meyvəçiliklə yanaşı, heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir.
Qax Rayonunda Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev tərəfindən daim heyvandarlıq və quşçuluq təsərrüfatlarında saxlanılan heyvanların sağlamlığını, həmçinin Qaxa idxal olunan heyvan mənşəli məhsulların təhlükəsizliyini müəyyənləşdirmək məqsədi ilə müvafiq laborator müayinələr aparılır. Qaxda aparılan müayinələr zamanı aşkar edilən xəstə heyvanlar bruselyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılır.
Qax Baytarlıq Laboratoriyasının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə müasir avadanlıq və reaktivlər alınaraq quraşdırılıb. Respublika Baytarlıq Laboratoriyası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya olunub və hal-hazırda beynəlxalq İSO/İEC 17025 tələblərinə uyğun akkreditasiyadan keçirilməsi üçün hazırlıq işləri aparılır.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq tələbatın əsas etibarı ilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda bolluq yaranmışdır.