Üzərinə düşən işin məsuliyyətini dərk edən Mahir Quliyevin gərgin əməyi nəticəsində bu gün Biləsuvar rayonu sürətli inkişaf baxımından digər rayonları qabaqlayır.
Biləsuvar rayonunda pambıqçılıq ənənələrinin bərpası üçün görülən işlər uğurla davam etdirilir.
Biləsuvarda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlar var. Hələ keçmişdə rayonda tonlarla pambıq yığılırdıdı. Bu, rayonun pambıqçılıq tarixində rekord göstəricilər sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib. Bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, göstərdiyi hərtərəfli kömək artıq öz bəhrəsini verməkdədir. Biləsuvarda ötən illə müqayisədə cari ildə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Tarlalarda yüksək məhsul götürmək üçün hazırda fermerlər pambıq sahələrinə aqrotexniki qulluq göstərirlər.
Kənd təsərrüfatının daha intensiv və mütərəqqi metodlarla inkişaf etdirilməsi məqsədilə rayonda ardıcıl tədbirlər görülür. Biləsuvarın torpağı bərəkətli, insanları zəhmətsevərdir. İlboyu çalışır, daha çox məhsul yetişdirməyə səy göstərirlər. Bu həm ərzaq bolluğu yaranmasına, həm də pul gəlirinin artmasına, gün-güzəranın yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.
Biləsuvarlılar Mahir Quliyevin Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Biləsuvarın tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.
Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Biləsuvar özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş rayonları siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.