Ata oğlunu güllələdi - Biləsuvarda

Ata oğlunu güllələdi - Biləsuvarda Bu gün səhər saatlarında Biləsuvar şəhəri Puşkin küçəsindəki evlərdən birində güllələnmə hadisəsi baş verib

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 76 yaşlı rayon sakini Qərib Xanhüseynov ailə münaqişəsi zəminində oğlu, 1977-ci ildə anadan olmuş Xəqani Xanhüseynova ov tüfəngindən atəş açıb.

Ayaq nahiyəsindən xəsarət almış yaralı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Oxşar xəbərlər