Azərbaycanda əczaçı qadın telefon nömrəsinin səhvən başqasına verilməsi səbəbindən həbs olunub.
Bu barədə onun vəkili Cavid Rzazadə müvəkkili B.Xəyalə barəsində Yasamal rayon məhkəməsinin seçdiyi həbs-qətimkan tədbiri qərarından verdiyi apellyasiya şikayətində qeyd edib.
Belə ki, ittihama görə, İran vətəndaşı Sükri Keyvan oktyabrın 31-də Biləsuvar gömrüyündə Azərbaycana keçərkən saxlanılıb və onun üzərindən “Xanax” adlı psixtrop maddə aşkarlanıb. S.Keyvan həmin dərmanı Məhəmməd adlı şəxsin qardaşı Vadərin verdiyini və Azərbaycanda ona telefon nömrəsi verilən adama çatdıracağını deyib. Bu zaman isə əməliyyatçılara səhvən Xəyalənin nömrəsini verib.
Vəkil bildirib ki, psixotrop maddələrin daşınmasında və qaçaqmalçılıqda təqsirləndirilən B.Xəyalə Yasamal rayon İstintaq İdarəsinin rəisi Ülvi Zülfüqarov vasitəsilə əlaqə saxladığı Məhəmməd həmin dərmanı ona yox, Kamran adlı şəxsə göndərdiyini deyib.
Xəyalənin köməkliyi ilə Kamran Abdullayevin yeri müəyyən olunub və o, saxlanılıb.
C.Rzazadə qeyd edib ki, müvafiq protokollara imza edərkən saatları da qeyd edib: “Saatların vaxtına diqqət yetirildikdə açıq aşkar görünür ki, həbsin seçilməsi üçün verilən sənədlərlə tanış olma protokolu Xəyalənin təqsirləndirilən şəxs qismində cəlb olunmamışdan, habelə dindirilməmişdən öncə tərtib olunaraq tərəfimdən imzalanıb. Bundan başqa, Ülvi Zülfüqarov və müstəntiq Ülvi Əliyevə müraciət edərək Kamran Abdullayevin ilk öncə dindirilməsini, yalnız bundan sonra Xəyalənin üzərində şübhələrin təsdiq və ya təkzib olunduğunun aydınlaşdırılmasının mümkünlüyü nəzərlərinə çatdırdım. Zülfüqarov mənə cavab olaraq dedi ki, “Kamran ifadə verib Xəyalənin aidiyyətini təsdiq etsə də, təkzib etsə də, Xəyalə məhkəməyə aparılacaq və barəsində həbs seçiləcək”. Bu cür yanaşmanın səbəbini soruşduqda isə “Kamran istintaqa gələnədək artıq vəsatət verilib və Rüstəm Usubov təqdimatı imzalayıb, bu səbəbdən ona işi yenidən başqa cür məruzə etmək mümkün deyil” deyə cavab verdi”.
Bundan başqa, B.Xəyalə polisdə 49 saatdan artıq saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılıb.
Qeyd edim ki, məhz Xəyalənin səmimi davranışı nəticəsində Məhəmməd, Vadər, Kamran və digər şəxslərin ifşa olunması mümkün olub, Kamran Abdullayev isə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qismində qətimkan tədbiri seçilib”.
Vəkil K.Abdullayev və iranlı Məhəmməd arasındakı mesajlaşmanı redaksiyamıza təqdim edib.