Göyçayda əhali rayonun mərkəzi yolunu bağlayıb. Qaynarinfo.az xəbər verir ki, rayondan istiqlal.az-a daxil olan məlumata görə əhalinin narazılığına səbəb olan rayon Yol Polis Şöbəsinə yeni təyin olunmuş Vüqar adlı rəisin hərəkətləridir.
Yol polisinin rəisi sürücülərin hər xırda xətasını böyük bir cinayət kimi təqdim etməklə maşınlarını cərimə meydançasına apartdırır, sonradan 500-800 manat müqabilində maşınları özlərinə qaytarır. 3 gün əvvəl bu vəzifəyə təyin olunan yol polisi rəisinin bu fəaliyyəti elə belə də ağır sosial şərtlərlə üz-üzə qalan əhalinin ayağa qalxıb Bakıdan rayona uzanan əsas magistral yolun bloklamaları ilə nəticələnib.
Əhali yerli icra hakimiyyətndən yol polisi rəisi ilə bağlı tədbir görülməsini tələb edir. Az əvvəl əraziyə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə gəlib. Başçı bildirib ki, əhalini haqlı narazılığı ilə bağlı DİN rəhbərliyinə müraciət edəcək və əhalidən dağılışmalaırını tələb edib. Əhali dağılışsa da, yolun 1 saata yaxın bağlanması nəticəsində yaranan tıxac mağistralın hələ də bağlı qalmasına səbəb olub. Ərazidən foto və videomaterialları da təqdim etməyə çalşacağıq.