Dünən Azərbaycan - Norveç oyunundan əvvəl faciəvi hadisə baş verib. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı izləmək niyyətində olan Zahidov Nahid Hafiz oğlu arenaya kəsə yoldan gəlmək istəyərkən, körpünün arasındakı boşluğa yıxılıb.
O, dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və 21:30-da əməliyyata alınıb. Bizimyol.info xəbər verir ki, 3 saat davam edən əməliyyatdan sonra Zahidovun həkimi, dossent Aydın Kazımov Futbol11.az saytına açıqlama verib: "Xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılmas, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoymuşuq. Xəstə hazırda reanimasiya şobəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdi ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür Allaha ki, hələlik salamatçılıqdı".
Qeyd edək ki, əslən Lerik rayonundan olan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridi. Bir bacının qardaşı olan Zahidov Koperasiya Universitetinin məzunudu.