“Bu sahədə ehtimal olunan hər hansı cəhdin qarşısı isə dərhal və birdəfəlik alınacaq”
Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərən bəzi kütləvi informasiya vasitələrində yer alan yazılara cavab verib.
K.Vəliyev APA-nın bununla bağlı sorğusuna cavabında bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin ümumilikdə qardaş Türkiyədə və xüsusilə, onun ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərməsi heç bir əsası olmayan cəfəng addımdır.
“Nurçular” və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi istisna edilir və bunun üçün heç bir zəmin yoxdur. Bu kimi məsələlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq, eləcə də müvafiq təhlükəsizlik orqanları tərəfindən bu sahədə ehtimal olunan hər hansı cəhdin qarşısı isə dərhal və birdəfəlik alınacaq”, - deyə general-leytenant qeyd edib.
K.Vəliyev bildirib ki, bu gün ordumuzda aparılan ideoloji təbliğat işləri, dövlətçilik ənənələrinin qorunması və Ali Baş Komandana sadiqlik Silahlı Qüvvələri bütün xarici və daxili radikal təsirlərdən uğurla qorumağa imkan verir.
“Türkiyəli hərbi müəllimlərin və digər mütəxəssislərin Azərbaycan Silahlı Qüvvələrində çalışması məsələsinə gəlincə isə bildirirəm ki, 2000-ci illərdən Türkiyənin müəllim və təlimatçıları ordumuzda çalışmır və fəaliyyət göstərmirlər. Azərbaycandan kənarda qardaş Türkiyədə, o cümlədən digər dövlətlərdə təhsil alan hərbi qulluqçularımızla həmin ölkələrdəki hərbi attaşelik aparatlarımız, səfirliklərimiz mütəmadi əlaqə saxlayır və onların fəaliyyətləri daim nəzarətdədir. Bu səbəbdən də Azərbaycanlı kursantların Türkiyədə baş verən son hadisələrdə adlarının hallandırılmasının da heç bir əsası yoxdur”, - deyə general-leytenant bildirib.
K.Vəliyev Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini bildirib.
“Bu əməkdaşlığa xələl gətirmək məqsədi güdən istənilən səy və müdaxilənin qarşısı istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən qətiyyətlə alınacaq”, - deyə general-leytenant bildirib.