Novruz Məmmədov: İlham Əliyev bütün gecəni çox narahat olub

Novruz Məmmədov: İlham Əliyev bütün gecəni çox narahat olub “Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız, prezident də bütün gecəni çox narahat olub. Bunu bütün Azərbaycan edib və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, türk xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir”

Bunu APA-ya açıqlamasında Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov deyib ki, baş verənlər Türkiyənin Ana Yasasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir:

“Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri reallaşa və qəbul edilə bilməz.

Türkiyənin başında bu gün xalqının demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq”.

Oxşar xəbərlər