91 günə 143 ölü – DƏHŞƏTLİ STATİSTİKA

91 günə 143 ölü – DƏHŞƏTLİ STATİSTİKA Təkcə Bakıda 147 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Baş Dövlət Yol Polisi İdarəsi 2016-cı ilin 3 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

İdarədən daxil olan məlumata görə, 2016-ci ilin 3 ayı ərzində respublika ərazisində 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 143 nəfər həlak olub, 453 nəfər yaralanıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8%), həlak olanların sayı 80 nəfər (35,9%), yaralananların sayı 102 nəfər (18,4%) azalmışdır.

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur.

Bakı şəhəri ərazisində 147 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bunların nəticəsində 31 nəfər həlak olub, 160 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 60 fakt (29%), 37 nəfər (54,4%), 61 nəfər (27,6 %) azalıb.

Respublika üzrə 155 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bunların nəticəsində 52 nəfər həlak olub, 183 nəfər yaralanıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 36,9%-i (155 hadisə) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,3%-i (102 hadisə, 43 ölüm, 89 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,8%-i (58 hadisə, 10 ölüm, 81 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,1%-i (5 hadisə, 2 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələrinin 40,8%-ni (171) piyadaların vurulması təşkil etmiş, nəticədə 64 piyada həlak olub, 119-u yaralanıb. 5 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər uşaq və yeniyetmə həlak olub, 35 nəfər yaralanıb.

Oxşar xəbərlər