Rusiyanın nefti əlində qalıb - 143 milyon barel...

Rusiyanın nefti əlində qalıb - 143 milyon barel... Rusiyanın neft hasilatı yanvar ayında günlük 9,28 milyon barelə düşüb və satılmamış yanacaq ehtiyatları rekord həddə - 143 milyon barelə çatıb.

Xarici mediaya istinadla xəbər verir ki, bunun əsas səbəbi ABŞ-nin tətbiq etdiyi sanksiyalar və Hindistanın Rusiya neftini satın almaqdan imtina etməsidir.

“Bloomberg” agentliyinin məlumatları göstərir ki, hasilatın azaldılması iki aydır davam edir və Moskva öz xam neftinin satışında ciddi problemlərlə üzləşir.

Dünyanın müxtəlif yerlərində gəmilərdə saxlanılan Rusiya neftinin miqdarı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Noyabrın sonundan bəri bu rəqəm 25%-i keşib.

Mütəxəssislər bu vəziyyəti ABŞ administrasiyasının təzyiqi ilə əlaqələndirirlər. Bu, alıcı axtarışını çətinləşdirir və müqavilələrin bağlanmasını gecikdirir. Rusiya xam neftinin ən böyük idxalçılarının davranışındakı dəyişikliklər xüsusilə nəzərə çarpır.

“Röyters” xəbər verir ki, Hindistan aprel ayı üçün nəzərdə tutulan tədarük sövdələşmələrdən yayınır və bu siyasəti davam etdirmək ehtimalı var. Tramp əvvəllər Hindistanın ticarət sövdələşməsi müqabilində Rusiya neftindən imtina etdiyini bildirmişdi. Hazırda odla su arasında qalan Yeni Delhi ABŞ-nin sanksiyalarının ölkəyə daha böyük ziyan vuracağını ehtimal edir, ona görə də köhnə ticarət tərəfdaşını yarıyolda qoyur.

Oxşar xəbərlər