Məsciddən peyğəmbərin saqqalını oğurladılar

Məsciddən peyğəmbərin saqqalını oğurladılar Polis hadisə ilə bağlı araşdırmaya başlayıb

Ramazan ayı münasibətilə Kocaeli vilayətindəki məscidlərdən birində nümayiş üçün gətirilən peyğəmbərin saqqalı oğurlanıb.

Bu barədə milliyet.com.tr xəbər verir.

Qeyd edək ki, “Sakal-ı Şerif” İstanbuldakı Topqapı sarayında saxlanılır və dini bayramlarda sərgilənmək üçün Türkiyənin müxtəlif vilayətlərinə aparılır.

Dəyirməndərə Yalı məscidində çalışanlar gecə saatlarında yoxlama zamanı sabah nümayiş etdiriləcək “Sakal-ı Şerif”in kilidli qutuda olmadığını aşkar ediblər.

Bu barədə dərhal polisə məlumat verilib və hadisə ilə bağlı araşdırma başlayıb.

Oxşar xəbərlər