Salyanda xəstəxananın işığının kəsilməsi nəticəsində iki körpə ölüb

Salyanda xəstəxananın işığının kəsilməsi nəticəsində iki körpə ölüb Üçəmlərdən birinin vəziyyəti ağırdır

Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.

“Report” xəbər verir ki, Salyan şəhərinin Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan rayon Mərkəzi Xəstəxanasının (MX) doğum şöbəsinə yerləşdirilib.

Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Salyan MX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

Oxşar xəbərlər