Afaq Aslan: "Onunla erotik filmə məmnuniyyətlə çəkilərdim"

Afaq Aslan: Gənc müğənni Afaq Aslan maraqlı açıqlamalar verib

Sənəntçi Ölkə.Az-ın əməkdaşıyla söhbətində tez-tez filmlərə, seriallara dəvət aldığını söyləyib:

"Belə dəvətlər çox olur, amma qəbul etmirəm. Ya ssenari, ya da rejissor qane etmir".

"Erotik filmə çəkilmək təklifi olsa, tərəf müqabilininizin kim olmasını istərdiniz" sualına A.Aslan belə cavab verib:

"Azərbaycandan heç kim ağlıma gəlmir. Çünki heç biri mənim tipim deyillər. Amma türk aktyor Burak Özvicitlə erotik filmə məmnuniyyətlə çəkilərdim. Onu zahirən ideal kişi hesab edirəm. Surətpərəst olduğuma görə o cür kişi qarşıma çıxsa, aşiq ola bilərəm. Hətta o çəkilişlər böyük bir eşqin başlanğıcı da ola bilər".

Sənətçi yaradıcılığı barədə də danııb. Bildirib ki, yaxın günlərdə yeni mahnısını və fotosessiyasını təqdim edəcək.

Oxşar xəbərlər