Həkimlərdən SOS: Rio Olimpiadası ləğv edilsin

Həkimlərdən SOS: Rio Olimpiadası ləğv edilsin 150-dən çox alim və həkim Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çenə müraciət edərək Rio-de-Janeyroda keçiriləcək Olimpiadanın ləğvinə və ya başqa yerə keçirilməsinə nail olmağa çağırıblar

Publika.az bildirir ki, onlar Olimpiadadan sonra "Zika" virusunun sürətlə yayılacağından narahatdırlar. Müraciət müəllifləri bildirirlər ki, 500 mindən çox turist virusu başqa ölkəyə aparacaq və xəstəlik orada yayılacaq. Nəticədə xəstəlik kasıb ölkələrdə endemiyaya çevriləcək və böyük problemlərə səbəb olacaq. Onlar bildirirlər ki, təxirə salınması və ya başqa yerə keçirilməsi mümkün olan Olimpiya Oyunlarına görə belə böyük riskə getmək olmaz. Müraciətin bir nüsxəsi Beynəlxalq Olimpiya Komitəsinə göndərilib.

Öz növbəsində, Braziliya Səhiyyə Nazirliyindən bildiriblər ki, oyunların təxirə salınmasına heç bir əsas yoxdur.

Onlar qeyd edirlər ki, oyunların keçiriləcəyi avqust ayında istilər səbəbindən virusun yayılması ən aşağı həddə düşür.

Oxşar xəbərlər