Everesti fəth edən alpinistlər zirvədən enərkən dünyalarını dəyişiblər

Everesti fəth edən alpinistlər zirvədən enərkən dünyalarını dəyişiblər Hər iki alpinist bir komandanın üzvü olublar

Dünyanın ən hündür zirvəsi - Everesti fəth edən hollandiyalı Erik Arnold və Avstraliya vətəndaşı Mariya Strid aşağı enərkən yüksəklik xəstəliyindən dünyalarını dəyişiblər.

35 yaşlı Erikin kifayət qədər oksigen ehtiyatı olsa da, o halsızlıqdan şikayət edib.

Erik mayın 20-də South Col aşırımı yaxınlığında vəfat edib.

Arnoldun ölümündən bir neçə saat sonra yüksəklik xəstəliyi əlamətləri müşahidə oluna daha bir alpinist avstraliyalı Mariya Strid də dünyasını dəyişib.

Qeyd olunur ki, hər iki alpinist bir komandanın üzvü olublar.

Oxşar xəbərlər