Azərbaycanlıya ərə gedən erməni qızı İŞİD-ə qoşuldu – VİDEO

Azərbaycanlıya ərə gedən erməni qızı İŞİD-ə qoşuldu – VİDEO O, ailəsi ilə əlaqə saxlamayıb

Rusiya istintaqçıları 28 yaşlı Moskva sakini Mariya Samoylovanın axtarışına başlayıb. Qızın atası doğma övladının yenicə ərə getdiyi bakılı biznesmen Yuri İsmayılovla birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya qaçdığını iddia edir.

51 yaşlı Artur Mkrtumyan hesab edir ki, azərbaycanlı oğlanla evləndikdən sonra islamı qəbul edən qızı əri ilə birlikdə “İslam Dövləti”nə (İŞİD) qoşulub.

O, sözlərinə sübut olaraq cütlüyün daimi yaşayış üçün Azərbaycana gedərkən birbaşa Rusiya-Azərbaycan sərhəddindən deyil, Türkiyə ərazisindən istifadə etmələrini göstərir.

“Mariya azərbaycanlı ilə evlənib və islamı qəbul edib. Oğlan turizm şirkətinin rəhbəri idi və böhran zamanı problemlər olduğu üçün getmək qərarına gəliblər. Türkiyəyə uçdular. Mariya oradan zəng edib dedi ki, Bakıya köçürlər və işləri yoluna qoyana qədər əlaqə saxlaya bilməyəcəklər”.

Buna baxmayaraq, Moskvanın Lefortovo rayon polis idarəsi onun şikayəti əsasında istintaq öncəsi tədbirlər keçirir.


Oxşar xəbərlər