Rusiyada idman müəllimi uşağı azərbaycanlı olduğu üçün döydü

Rusiyada idman müəllimi uşağı azərbaycanlı olduğu üçün döydü “Müəllim ona meymun deyirdi”

Krasnoyarskinin 144 saylı məktəbində idman müəllimi şagirdi döyüb.

Yerli KİV-ə bu barədə döyülən uşağın valideynləri məlumat veriblər.

Hər şey aprelin 28-i ərəfəsində baş verib. Oğlanın atası iddia edir ki, idman müəllimi uşağın qarnına, başına zərbə vurub, bütün bunlara yalnız başqa şagirdi gördükdə son qoyub.

Nəticədə 14 yaşlı məktəbli beyin silkələnməsi və əziklərlə xəstəxanaya düşüb. Döyülən uşağın valideyinləri uşağın qələbəyə sevindiyi üçün döyüldüyünü iddia edirlər.

“Onlar qaçırdılar və qalib kimi bir-birini qucaqlayırdılar. Maksim Sergeyeviçə bu xoş gəlməyib: uşağın çiynindən tutaraq dəhlizə çıxarıb, başına vurmağa və boğmağa başlayıb, onun boğazında izlər qalıb. Ona meymun deyib, alçaldıb, mən bunları azərbaycanlı olduğu üçün edildiyini düşünürəm. O, şokdadır, başınını yelləyir və bərk ağrıdığını deyir. Qarnı da ağrıyır, qarnında da izlər var”, - uşağın atası Mixail Əhmədov deyib.

Hüquq-mühafizə orqanlarından yerli TVK xəbərlərə ərizənin olduğunu təsdiq ediblər. Hazırda fakt üzrə yoxlama aparılır.

Oxşar xəbərlər