İrəvanda Lavrova “qanlı çəkmə” verdilər

İrəvanda Lavrova “qanlı çəkmə” verdilər “Qəpik isə bizim müttəfiqimizin satqın olduğunu bildirir”

İrəvanda ötən gün etirazçılar Rusiya Xarici İşlər naziri Sergey Lavrova qanlı çəkmə veriblər.

Bu barədə “Azadlıq radiosu” yazır.

Aprelin 21-də Lavrov İrəvana gələndə aksiya iştirakçıları Rusiya səfirliyinin qarşısına içində qanlı çəkmə, “Molotov kokteyli” yazılı şüşə, qəpik və torpaq olan qutu gətiriblər.

“Ayaqqabı rus çəkməsinin rəmzidir. Kokteyl o deməkdir ki, əgər ərazilərin Azərbaycana qaytarılması barədə hər hansı bir sənəd imzalansa, biz buna görə cavabdeh şəxsləri kokteylə qonaq edəcəyik. Torpaq - bu sənədin imzalanmasına cavabdeh olan şəxslərin torpağa tapşıracağımızı, qəpik isə bizim müttəfiqimizin satqın olduğunu bildirir”, - İrəvan ağsaqqallar Şurasının sədri David Sanarasyan deyib.

Oxşar xəbərlər