Türkiyə Çindən sonra ikinci oldu

Türkiyə Çindən sonra ikinci oldu OECD-nin dərc etdiyi bir hesabatda dünyada ən çox saxta mal istehsal edən ölkələr müəyyən edilib

Dərc olunan hesabatda dünyada istehsal olunan məhsulun 2,5%-nin saxta olduğu bildirilir.

Hesabatda 2013-cü ilin statistikasına görə, dünyada 461 milyard dollarlıq saxta məhsul istehsal olunub. Bu rəqəm 17,9 trilyonluq dünya ticarətinin 2,5%-i deməkdir.

Məlumata görə, ən çox saxta məhsul istehsal edən ölkələrin başında Çin gəlir. İkinci yeri Türkiyə, üçüncü yeri Tailand, dördüncü yeri Hindistan, beşinci yeri Mərakeş tutur.

Oxşar xəbərlər