Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb.
Hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb.
O dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib və onun sol ayağı amputasiya olunub.