Səudiyyə kralının qızı üsyan etdi:“Azadlığı şeyx Nimirdən öyrəndim” -VIDEO

Səudiyyə kralının qızı üsyan etdi:“Azadlığı şeyx Nimirdən öyrəndim” -VIDEO FaktXeber.com-un “Əl-İtticah” telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın ötən il dünyasını dəyişən kralı Abdullah bin Əbdüləzizin qızı Səud rejiminə qarşı üsyan qaldırıb

Şahzadə xanım Səhər bint Abdullah bin Əbdüləziz şeyx Nimirin edamı ilə bağlı bəyanatla çıxış edib.

O, Ərəbistan xalqına xitabən vurğulayıb ki, azadlıq və insan kəramətini məhz şeyx Nimirdən öyrənib: “Salam olsun bizim ölməyən şəhidlərimizə və zindanda hürriyyətdə olanlarımıza. Biz siz mücahidlərin qanadı altında, sizin uğrunuzda döyünən ürəklərimizlə arxanızca hərəkətdəyik. Əhd bağlayırıq ki, əlimizi sizin əlinizdən qoparmayacğıq... Biz şeyximiz Nimirdən azadlıq, əzəmət və fəxr etməyi öyrəndik. Necə ki, onun haqq yolundan sapınmadığını gördük və o bizə sonda qələbə müjdəsini verdi.”

ABŞ-dan yayımlanan ərəbdilli “Əl-Hurrə” telekanalının aparıcısı ondan, “Hazırda özünüzü məhbusmu hesab edirsinizmi" sulanına cavab olaraq xanım Səhər belə deyib: “Şübhəniz olmasın. İnsanın iradə azadlığının olmadığı və haqlarının pozulduğu bir yer zindandır.”


Oxşar xəbərlər