Ankarada terrorun ikinci “canlı bomba”sının kimliyi bəlli oldu

Ankarada terrorun ikinci “canlı bomba”sının kimliyi bəlli oldu Yaşadığı ünvan kimi Çankayanı göstərib

Canlı bomba Özügür Ünsalın Zonquldaqda qeydiyyatda olduğu və uzun müddətdir ki, Ankarada yaşadığı müəyyən edilib.

Ankarada həyata keçirilən terror aktının ikinci canlı bombası olduğu iddia edilən Özgür Ünsal əslində Zonquldaqda qeydiyyatda olduğu aşkar edilib.

Ünsal qulağında çirk yığıldığı səbəbi ilə 2008-ci ilin avqust ayının 10-da Zonquldak Atatürk Dövlət xəstəxanasında təcili yardıma müraciət etdiyi üzə çıxıb.

Özgür Ünsalın anası G.Ünsal və atası A.S.Ünsalın ayrıldıqları, özünü isə Ankarada Çankayada yaşadığı bildirilib. 26 yaşlı Ünsal 2008-ci ildə də yaşadığı ünvan kimi Çankayanı göstərib.

Oxşar xəbərlər