Ankara terrorunun təfərrüatı üzə çıxır - İkinci terrorçunun şəxsiyyəti də müəyyən olundu

Ankara terrorunun təfərrüatı üzə çıxır - İkinci terrorçunun şəxsiyyəti də müəyyən olundu Ankarada baş vermiş terror aktı üçün PKK-nın cinayət qeydi olmayan Vahid Kılıç adlı terrorçuya təlimat verdiyi məlum olub

Terror hadisəsi Kılıçın göstərişi ilə Səhər Çağla Dəmir və Özgür Ünsal adlı terrorçular həyata keçirib.

Hüquq mühafizə orqanları hücum planının PKK tərəfindən Qəndildən gələn sifarişlə Şanlıurfa vilayətində cinayət qeydi olmayan Vahid Kılıça verildiyini açıqlayıb.

Terror aktı zamanı ölən terrorçu Səhər Çağla Dəmirin isə Suriyada YPG tərəflərində təlim gördüyü müəyyən edilib.

Terror aktı zamanı mum ilə gücləndirilmiş 300 kilo TNT tipli partlayıcı maddədən istifadə olunub.

Təhlükəsizlik tədbirlərinin artırılması səbəbilə PKK hücum üçün məhkumluğu olmayan, Şanlıurfa çölündəki üzvlərindən olan Vahid Kılıç adlı şəxsi seçib.

Kılıç sevgilisi qismində və Suriyadan gələcək Səhər Çağla Dəmir ilə görüşərək Ankarada kəşfiyyat məlumatları toplayıb. Bir müddət geniş məlumat toplayan terrorçular daha sonra partlayıcıları avtomobilə yükləyərək əməliyyat yerinə yollanıb.

Oxşar xəbərlər