Türkiyə və Avropa İttifaqının 11 ölkəsinin dövlət və hökumət başçılarının miqrasiya və Suriyada vəziyyətə dair fevral ayının 18-də baş tutacaq görüşü ləğv edilib.
Bu barədə TASS diplomatik mənbəyə əsasən məlumat yayıb.
Daha öncə Ankarada partlayış zamanı 28 nəfərin öldüyü, daha 60-dan çox nəfərin isə müxtəlif xəsarətlər aldığı barədə məlumat yayılmışdı.
İlkin məlumata görə, bomba hərbçilərin yataqxanasının yaxınlığında park edilmiş avtomobildə partlayıb.
Türkiyə hakimiyyəti Ankaradakı partlayışı terror aktı adlandırıb.