Hər bir layihənin uğuru onun liderlik qabiliyyətinin, strateji düşüncəsinin və yüksək təşkilati bacarığının nəticəsidir

Hər bir layihənin uğuru onun liderlik qabiliyyətinin, strateji düşüncəsinin və yüksək təşkilati bacarığının nəticəsidir “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, Əməkdar Memar Müsədin Namazov, Azərbaycanın memarlıq və infrastruktur sahəsində uzun illərdir göstərdiyi misilsiz xidmətlərlə tanınır. Onun rəhbərliyi altında institut yalnız layihələrin hazırlanması və tikintinin təşkilinə deyil, həm də ölkənin estetik və funksional inkişafına töhfələr verməkdədir. Memarlıq sahəsindəki hər addımı, hər layihəsi yalnız texniki bilik və bacarıqdan deyil, həm də dərin vətənpərvərlik hissindən irəli gəlir.

Direktor kimi Müsədin Namazov, institutun fəaliyyətində yüksək standartların tətbiqini təmin edir. O, layihələrin keyfiyyətinə, texniki dəqiqliyinə və uzunmüddətli davamlılığına böyük önəm verir. Onun rəhbərliyi altında hazırlanmış layihələr, Azərbaycanın şəhərsalma və kəndsalma sahəsində nümunəvi memarlıq anlayışını təmsil edir. Hər bir layihə onun yalnız memar kimi peşəkarlığını deyil, həm də dövlətçiliyinə olan sadiqliyini göstərir.

Müsədin müəllimin fəaliyyəti yalnız memarlıq və layihələndirmə ilə məhdudlaşmır. O, şəhid ailələri və qazilərə xüsusi diqqət göstərir, onların sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif təşəbbüslərə dəstək verir. Hər bir yardım və təşəbbüs onun həminsanlıq, həm də vətənpərvərlik prinsiplərinə sadiqliyinin ifadəsidir. Bu həm də onun dövlətimizin sosial siyasətinə verdiyi dəyərin göstəricisidir.

Müsədin Namazov, memarlıq və layihələndirmə sahəsində öz biliklərini və təcrübəsini gənc nəslə ötürməkdə də misilsizdir. O, institutun əməkdaşlarının peşəkarlığını artırmaq üçün təlimlər, seminarlar və praktiki layihələr təşkil edir, hər bir gənc mütəxəssisin inkişafına şərait yaradır. Bu yanaşma onun həm liderlik, həm də təlimatçılıq keyfiyyətlərini birləşdirir və institutun yüksək performansına zəmin hazırlayır.

Dövlətçilik prinsiplərinə sadiqliyi, Azərbaycan Prezidentinə, cənab İlham Əliyevə olan etimadı və dəstəyi, onun bütün fəaliyyətində əyani şəkildə görünür. Müsədin müəllim hər bir layihədə dövlətin maraqlarını ön planda tutur, Azərbaycan şəhər və kənd mühitinin inkişafını dövlət strategiyasının bir hissəsi kimi görür və buna uyğun addımlar atır.

Onun rəhbərliyi altında “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu həm texniki, həm də estetik baxımdan nümunəvi layihələr təqdim edir. Müsədin Namazovun rəhbərlik etdiyi komanda yalnız müasir memarlıq tələblərinə cavab vermir, eyni zamanda Azərbaycan mədəniyyətini və milli dəyərlərini önə çıxaran layihələr həyata keçirir. Bu yanaşma onun hər layihəyə verdiyi dəyərin və dövlətçiliyə olan bağlılığının əyani sübutudur.

Müsədin Namazov, həmçinin ictimai fəaliyyətində də fəaldır. O, müxtəlif memarlıq sərgilərində, forumlarda və beynəlxalq layihələrdə Azərbaycanın memarlıq nailiyyətlərini təmsil edir, ölkəmizin dünya səviyyəsində tanınmasına töhfə verir. Onun fəaliyyəti həm Azərbaycan memarlığının inkişafına, həm də beynəlxalq arenada nüfuzunun artırılmasına xidmət edir.

Hər bir layihənin uğuru onun liderlik qabiliyyətinin, strateji düşüncəsinin və yüksək təşkilati bacarığının nəticəsidir. Müsədin Namazovun rəhbərliyi altında layihələr yalnız plan üzrə hazırlanıb həyata keçirilməklə kifayətlənmir, həm də əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, şəhər və kənd mühitinin estetik görünüşünün yüksəldilməsinə yönəlib.

Onun vətənpərvərliyi, dövlətə bağlılığı və sosial məsuliyyəti Müsədin Namazovu həm memar, həm rəhbər, həm də nümunəvi vətəndaş kimi fərqləndirir. Şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət, dövlət və cəmiyyət qarşısında vicdanlı xidmət onun insani keyfiyyətlərinin zirvəsidir.

Beləliklə, Əməkdar Memar Müsədin Namazov yalnız “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun rəhbəri deyil, eyni zamanda dövlətçiliyə sadiq, vətənpərvər və sosial məsuliyyətini hər zaman ön planda tutan bir simvoldur. Onun fəaliyyəti Azərbaycanın memarlıq inkişafına, şəhər və kənd infrastrukturunun keyfiyyətinə, eyni zamanda milli dəyərlərin qorunmasına və təşviqinə böyük töhfə verir.

“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, Əməkdar Memar Müsədin Namazov - Azərbaycanda həyata keçirilən müasir iqtisadi quruculuğun əsas hədəfləri dövlət-özəl və biznes sektorlarında rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasıdır.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi müasir rəqəmsal iqtisadiyyat quruculuğu yolunda yeni həll yollarını müəyyən etmək, rəqəmsal inkişaf və süni intellekt sahəsində fundamental addımlar atmaq, rəqəmsal dünyanın verdiyi imkanları fürsətə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır. Ölkənin Asiya ilə Avropa arasındakı strateji coğrafi mövqeyi, mövcud nəqliyyat və enerji infrastrukturları isə rəqəmsal dəhlizlərin qurulması üçün güclü əsasa malikdir.

Azərbaycan rəqəmsal inkişaf mərhələsinə çatmaq, yeni texnologiyaların, İKT-nin və süni intellektin geniş tətbiqi yolu ilə rəqəmsal intibaha nail olmaq üçün qarşısına konkret hədəflər qoyub. Bu istiqamətdə geniş xarakter alan dərin və əhatəli islahatlar isə rəqəmsal inkişafın ölkə iqtisadiyyatında əlavə dəyər yaradan dayanıqlı sektora çevrilməsi üçün dövlətin iradə və qətiyyətini nümayiş etdirir. Dövlət başçısının bəyan edildiyi kimi, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.

Rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində son illərdə mühüm institusional və praktiki addımlar atılmaqdadır ki, bu da rəqəmsal transformasiya üçün dayanıqlı bazanın yaradılmasına imkan verir. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılıb, “SİMA” Biometrik İmzanın təqdim edilməsi elektron mübadilələri dərinləşdirib, “Mygov” uğurlu model kimi istifadəçilərin rəqəmsal ünvanına çevrilib.

İnnovasiyanın simalarından olan startap və texnopark rezidentlərinin sayı artır və bütün bu texnoloji innovasiya alətləri Azərbaycanın milli dəyər və divident rezervlərini möhkəmləndirir. Maliyyə sektorunda 30-dan çox “FinTech” subyekti fəaliyyət göstərməkdədir və bu, ölkədə nağdsız ödənişlərin payının sürətlə artmasına təkan verib.

Müasir iqtisadi şərait və qlobal fraqmentasiyalar iqtisadiyyatın sürətli inkişafı üçün rəqəmsal infrastrukturun müasirləşdirilməsini, yeni rəqəmsal bizneslərin təşviqini, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsini, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqini zəruri edir. Həmçinin Azərbaycanın xarici iqtisadi innovasiya zəncirinə sıx qoşulması və yenilikçi texnologiyaların ölkəyə gətirilməsində nümayiş etdirdiyi iradə beynəlxalq rəqəmsal inteqrasiyanı da dərinləşdirməkdədir. Məhz bu vacib inkişaf meyarlarına çatmaq üçün rəqəmsal arxitektura quruculuğu hədəf siyasətinin əsas prinsiplərini təşkil edir.

Bütün bunlarla, bərabər rəqəmsal arxitekturanı möhkəmləndirmək üçün yeni reallıqlara uyğun yanaşmalar, texnoloji inqilabın meyarlarına çatmaq üçün əlavə tətbiqlərə ehtiyac vardır. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026‒2029-cu illər üçün Strategiya” sənədi bu prinsiplərə çatmaq üçün yol xəritəsi hesab olunur.

Ölkəmizin qlobal etimad amilləri rəqəmsal intibaha çatmaq üçün bir sıra üstünlüklər qazandırır. Bu üstünlüklərdən biri də əlverişli sərmayə mühitidir. Məlumdur ki, qabaqcıl texnologiyalara sərmayələrin davamlı axını rəqəmsal transformasiyanın həlledici şərtlərindən biridir. Bu konteksdən yanaşdıqda dövlətinin qarşısında duran həlli vacib məsələlərdən biri də texnoloji investisiyaların cəlbinin genişləndirilməsidir.

Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox kapital yatırılıb ki, onun əhəmiyyətli hissəsi xarici sərmayələrdir. Eyni zamanda, xarici investisiyaların qorunması üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Yəni, 30 ildən çox xarici tərəfdaşlıq və möhkəm etimad göstəricisi üzərində qazanılmış etibar rəqəmsal şirkətlərlə yeni texnoloji kapitalın yatırılmasına güclü zəmanətlər verir.

Azərbaycanın geoiqtisadi üstünlüklərindən biri də dünyanın nüfuzlu maliyyə institutları ilə tərəfdaşlığın möhkəmlənməsidir. Bu çərçivəyə əsasən, dünyanın böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla əlaqələr hədsiz dərəcədə möhkəmlənib. Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur.

Burada dünyanın super iqtisadi gücü ABŞ ilə texnoloji əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Cənab Prezidentin də xatırlatdığı kimi, hazırda rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi Amerika fondlarının sərəncamındadır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının mühüm bəndlərindən biri texnologiyalar, data mərkəzləri, rəqəmsallaşma, süni intellekt sahəsində Amerika şirkətləri ilə sıx əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Eləcə də, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədlərinin qüvvədə olması Azərbaycanda yeni nəsil texnoloji infrastrukturun qurulmasında mühüm rol oynayacaq. Eyni zamanda, ötən il Çin Xalq Respublikası ilə imzalanmış hərtərəfli Strateji Tərəfdaşlıq sənədi innovasiya və rəqəmsal inkişafa keçiddə güclü təminatlar deməkdir. Bu məqamları nəzərə aldıqda, dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapmaq çətindir.

Rəqəmsal ekosistemin ən mühüm xüsusiyyətlərindən biri generasiya əsasında dayanıqlı rezervlərinin formalaşdırılmasıdır. Bunun üçün ənənəvi və alternativ enerji mənbələri əsas rol oynayır ki, ölkəmiz öz enerji generasiya gücünü böyük dərəcədə artıraraq 10 min meqavata çatdırıb. Hazırda Azərbaycanın ən azı iki min meqavat istifadə edilməyən generasiya gücü var ki, rəqəmsal uğurun açarlarından biri olan data mərkəzlərinin enerji dayanıqlılığının təmin olunmasına imkan verir. Eləcə də bərpaolunan enerji mənbələri gücünün artırılması səmərəlilik əmsalını artırır.

Azərbaycanın generasiya gücündə yaxın dövr üçün əsas rezerv “yaşıl enerji” olacaq. Bu isə xarici tərəfdaşlarla birgə “yaşıl enerji” kabellərinin çəkilişi, Xəzər dənizi‒Qara dəniz‒Avropa fiber-optik nəql tranzitinin gerçəkləşməsində mühüm rol oynayacaq. Mövcud coğrafi vəziyyətimiz texnoloji və süni zəka məhsullarının əsas ixrac marşrutları üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində iş aparılacaq.

Beynəlxalq təcrübə göstərir ki, dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşma uğurlu rəqəmsal iqtisadiyyat strategiyasını təmin edə bilir. Cənab Prezident bu məsələyə, o cümlədən kadr hazırlığına da toxundu və müvafiq tapşırıqlar verdi. Bu cəhətdən rəqəmsal transformasiyada özəl sektorun payının gücləndirilməsi, cəmiyyətin bacarıqlarının, xüsusilə də startap və süni intellekt sahəsində fərdi istedadların fəaliyyətinin stimulaşdırılması, eləcə də dövlət tərəfindən yeni institusional islahatların aparılması fəaliyyət planında mühüm yer tutacaq.

Süni intellekt idarəetmə sistemində optillaşdırmaya töhfə verdiyindən onların dövlət qurumlarında tətbiqinin geniş vüsət alması da tələblərdən biridir. Cənab Prezidentin bu məsələyə öncül istiqamətlərdən biri kimi diqqət yetirməsi həm də məmur-vətəndaş münasibətlərinin səmərəliliyi və dövlət aparatının iş yükünün azalması baxımından vacibdir. İnkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri yardımçı olur. Ona görə ölkəmizdə də süni intellektin həmin məqsədlərə fokuslanması və rəhbər orqanlarında təmsil olunan şəxslərin bu texnologiyalardan geniş istifadəsi də rəqəmsal gündəlikdə yer alacaq. Həmçinin özəl sektorda da eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənəcək.

Rəqəmsal strategiyanın digər komponentlərindən biri də kibertəhlükəsizlikdir. Mühüm sahələrdən biri olan kibertəhdidləri dəf etmək üçün Azərbaycanda unikal sistem qurulub, Kibertəhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Hazırda dövlət qurumlarına qorunan telekommunikasiya kanalları, təhlükəsiz internet bağlantısı və mərkəzləşdirilmiş elektron poçt xidməti təqdim olunub ki, bu addımlar kibertəhlükələrin artdığı dövrdə dövlətin informasiya təhlükəsizliyinə peşəkar və kompleks yanaşmasını təmin edir. Ancaq bununla yanaşı, informasiya təhlükəsizliyinin, kibermüdafiənin gücləndirilməsi də əsas diqqətdə saxlanılan məsələlərdəndir və bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmasların daha sıx olması vacib hesab edilir.

Ümumilikdə, Azərbaycanın başlıca məqsədi qeyd edilən üstünlüklərin hər birindən səmərəli istifadə etməklə rəqəmsal arxitekturanı dayanıqlı və çevik inkişaf modelinə çevirərək iqtisadiyyatın rəqəmsal sektorunda ÜDM-də payının artırılmasına nail olmaqdır. Eyni zamanda, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sektorlarda rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi və rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması sayəsində ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsi də gerçəkləşəcək.

Beləliklə, dövlət başçısının müşavirədə verdiyi mühüm tapşırıqlar həm rəqəmsal strategiyadan irəli gələn mühüm prioritetlərə nail olmaq, həm də yeni sənaye inqilabı və rəqəmsal transformasiyaya tranziti tezləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan rəqəmsal dünyada özünəməxsus yeri tutmaq üçün bütün zəruri vasitələrə malikdir. Strateji üstünlüklər, beynəlxalq dəstək və daxili islahatlar ölkəni bu istiqamətdə uğura aparacaq.

Oxşar xəbərlər