Sabirabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Fariz Babayev, Pərvin Fərəcov, Şakir Abasov, Ramil Məmmədov, Elnur Qənizadə, Rizvan Kərimov, Əlyar Cəbrayılov və Səfər Əlizadə saxlanılıblar.
Adıçəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.