Bu gün Misli Premyer Liqasında fasilə başa çatacaq və 17-ci tura start veriləcək.“Yeni ildəki ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
“İmişli” Qubada “Araz-Naxçıvan”la qarşılaşacaq. “Neftçi” isə paytaxt derbisində “Zirə” ilə görüşəcək.
“Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” oyunları sabah, “Turan Tovuz” – “Sumqayıt” və “Sabah” – “Karvan-Yevlax” oyunları 25 yanvarda keçiriləcək.
Misli Premyer Liqası
17-ci tur
23 yanvar
“İmişli” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev.
Quba OİK stadionu, 14:30.
“Neftçi” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev.
“Palms Sports Arena”, 19:00.