“Qarabağ” “Qəbələ”yə, “Zirə” “İmişli”yə qarşı

“Qarabağ” “Qəbələ”yə, “Zirə” “İmişli”yə qarşı Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tur start götürəcək.

“İlk oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə “Zirə” “İmişli”nin qonağı olacaq. Görüş saat 15:30-da başlayacaq.

Digər matçda isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

26 sentyabr

15:30. “İmişli” – “Zirə”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
“Azersun Arena"

Oxşar xəbərlər