Şəhidlik ən uca məqam, Şəhidlərin adlarını yaşatmaq isə böyük məsuliyyətdir. İllərdi bu məsuliyyəti öz üzərinə götürən “VƏTƏN FƏDAİLƏRİ” layihəsi çərçivəsində ərsəyə gələn “VƏTƏN FƏDAİLƏRİ:ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” kitabı oxuculara təqdim etdi. AYB-nin və AJB-nin üzvü, ”VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, şair-publisist Manya Səxavətqızının 12-ci kitabı olan bu kitabın ikinci təqdimatı ilin yekun hesabat tədbiri olaraq 26 dekabr 2025-ci il tarixində Siyəzən Rayon İcra hakimiyyətinin dəstəyi ilə Siyəzən rayon Mədəniyyət Mərkəzində keçirildi.Şəhid ailələrinin, Qazilərin, təhsil işçilərinin, rayon rəhbərliyinin və ictimayyətinin, eləcə də digər bölgələrdən gələn qonaqların iştirak ilə keçirilən təqdimat mərasimində öncə Şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi və dövlət himnimiz səsləndi. Ardınca kitabın müəllifi Manya Səxavətqızı, dəstəkçisi Şahin Məmmədov və digər qonaqlar çıxış edərək kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşdülər. Sonda bütün qonaqlara kitab təqdim olundu və xatirə şəkilləri çəkildi.