"VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabının ikinci təbliğat yönümlü təqdimat mərasimi keçirildi


26 yanvar 2024-cü il tarixində Yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi səkkizinci (ümumilikdə onuncu) kitabı olan "VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabının ikinci təbliğat yönümlü təqdimat mərasimi keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında keçirilən təqdimat mərasimində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, hərbçilər, kitabxana rəhbərləri, media nümayəndələri, QHT sədrləri və digər qonaqlar iştirak etdilər. Azərbaycan Dövlət himni səsləndikdən sonra bir dəqiqəlik sükutla şəhidlərimiz anıldı. Sonra İlk olaraq layihənin rəhbəri Manya Səxavətqızı və ardınca layihənin dəstəkçisi Şahin Məmmədov qonaqları salamlayaraq "VƏTƏN FƏDAİLƏRİ" layihəsi haqqında məlumat verdilər. Milli Məclisin deputatı Vüqar İsgəndərov, AMEA-nın Mərkəzi Elmi kitabxanasının direktoru Məmməd Əliyev, şəhid atası Pərviz müəllim, şəhid anaları Ceyran xanım, Dursun xanım, Sevər xanım, Gülnarə xanım, Gülnar xanım, şəhid yoldaşı Röyalə xanım, Azərbaycan Yazıçılar Birliyinin Aran bölgəsinin sədri Sərvaz Hüseynoğlu, Elvin Dadaşov, Pəsərək Fərzalı, Cabir Novruz Mədəniyyət Fondunun fəxri üzvü Rəsmiyyə xanım çıxış edərək kitab və tədbir haqqında öz fikirlərini dilə gətirdilər. Tədbirin sonunda xatirə fotosu çəkilib Mərkəzi Elmi Kitabxananın direktoru professor Məmməd Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmış Qarabağ fondu ilə tanış olublar.
Vətəni yaşadanları sətirlərdə yaşatmaq özü də bir fədakarlıqdır.


"VƏTƏN FƏDAİLƏRİ:ŞƏKİ ŞƏHİDLƏRİ" kitabının ikinci təbliğat yönümlü təqdimat mərasimi keçirildi

Oxşar xəbərlər