Prezident bu rayonlara yeni icra başçıları təyin etdi

Prezident bu rayonlara yeni icra başçıları təyin etdi Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyəti başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Məhərrəm Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısı Novruz Nəcəf oğlu Novruzovu Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Asif Həbib oğlu Hüseynovu Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Oxşar xəbərlər