Qəhrəman tank komandiri, şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı baş tutdu

Qəhrəman tank komandiri, şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı baş tutdu İyunun 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində qəhrəman tank komandiri, şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı baş tutdu. Təqdimatdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov, Qarabağa dönüş təşkilatının media və kommunikasiya şöbəsinin müdiri Əhməd Mahmudov, "Təhsil" nəşriyyatının baş direktoru Tural Axundov, tələbələr,KİV nümayəndələri və.s qonaqlar iştirak etdilər.

"Təhsil" nəşriyyatında nəşr olunan kitabın tərtibçisi Banu Hümbətli, Sərxan Nağıyev, redaktoru isə İbrahim İlyaslıdır.

Təqdimatın çıxışçıları İbrahim İlyaslı, şəhid Murad Nağıyevin təhsil aldığı 271 saylı orta məktəbinin direktor müavini Rüxsarə Əlizadə, döyüş yoldaşı, baş leytenant Namiq Səfərov, aktyor, dramaturq, Kamran Ağabalayev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, BKM-nin direktoru Günel Anarqızı, şəhidin ailə üzvləri çıxış edərək, Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edən kitab haqqında məlumat verdilər.

Ağdam muğam məktəbinin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” səsləndi. Həmçinin F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının ifasında şəhid Murad Nağıyevin qələmə aldığı və “Murad” kitabına daxil olunmuş şeirləri dinlənildi.

Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən leytenant Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edilir.

Kitaba, həmçinin, Murad Nağıyevin şeirləri, xüsusilə də cəbhədə olarkən qələmə aldığı sətirləri daxil edilmişdir.

Şəhid leytenant Murad Nağıyev vəfatından sonra "Vətən uğrunda və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Oxşar xəbərlər