Bakı metrosunda nə baş verib? - RƏSMİ

Bakı metrosunda nə baş verib? - RƏSMİ “Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr olub.

Bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, qısa müddət sonra “Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub: “Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

Baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.

Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”.

Qeyd edək ki, metroda yaranan qısa fasilə səbəbindən “Bakmil” stansiyasının fəaliyyəti də məhdudlaşmışdı.

Oxşar xəbərlər