Türkiyənin “TV8” kanalında yayımlanan “Yetenek Sizsiniz” müsabiqəsinə qatılan azərbaycanlı illüziya ustası Rasim İsgəndərliyə Azərbaycan hava limanında qadağa qoyulub.
Həmyerlimiz şousu üçün gətirəcəyi göyərçinlərin hava limanından buraxılmadığını deyib:
“Əslində hazırladığım proqramda 5-6 göyərçin də olmalı idi. Lakin qadağan olduğunu deyərək buraxmadılar”.
Rasim İsgəndərli münsiflər heyətindən aldığı 1 “hə”, 2 “yox” cavabı ilə yarışmanı tərk etməli olub.