Bakıda baş redaktor saxlanıldı

Bakıda baş redaktor saxlanıldı Hüquq-müfahizə orqanları "Hurriyyet TV"də əməliyyat keçirib.

Bakupost.az xəbər verir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

APA-nın məlumatına görə, əməliyyat DTX tərəfindən həyata keçirilib.

Oxşar xəbərlər