2028-ci ildə ABŞ prezidentliyinə özündən sonra ən yaxşı namizəd hesab etdiyi şəxsləri açıqlayıb.Amerika Prezidenti Donald Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməkdən çəkinmir, lakin üçüncü müddətin konstitusiyaya zidd olduğunu nəzərə alaraq, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu prezidentliyə sas namizəd hesab edir.
Bunu jurnalistlərə açıqlamasında deyib.
Adları soruşduqda, Tramp dövlət katibi Rubionu göstərərək deyib: "Bizim gözəl insanlar var - təfərrüatlara varmağa ehtiyac yoxdur. Biri burada dayanıb".
Tramp həmçinin ABŞ-ın vitse-prezidenti Vensi tərifləyib. "Aydındır ki, Vens çox yaxşıdır, əla vitse-prezidentdir. Mən əmin deyiləm ki, kimsə bu ikisinə qarşı mübarizə aparacaq", - prezident deyib.