
Bunu Donald Tramp Nyu York İqtisadi Klubda çıxışı zamanı qaldırıb.
“Putin danışdı. Kamalanı dəstəklədi... Bu barədə dəqiq nə deyəcəyimi bilmirəm. Bilmirəm, incimişəm, yoxsa o mənə yaxşılıq edib”, – Tramp deyib.
Sentyabrın 5-də cənab Putin deyib ki, ABŞ-də keçiriləcək seçkilərdə Kremlin favoriti hazırkı prezident Co Bayden olub. "Bununla belə, o, prezidentlik yarışından imtina edib və vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırıb. Kreml bunu edəcək", - Rusiya prezidenti əmin edib. Onun sözlərinə görə, xanım Harrisin ifadəli və əcaib gülüşü sanki hər şeyin yaxşı olduğunu göstərir.
Ağ Evin Putinə cavabında isə bildirilib ki, əgər Vladimir Putin ABŞ-dəki prezident seçkiləri ilə bağlı danışmağı dayandırsa, minnətdar olardıq.