Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik - Qurban Qurbanov

Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik - Qurban Qurbanov İstərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Dinamik və sürətli komandaya qarşı oynamaq futbolçular üçün heç də asan olmadı. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubuna 1:3 hesabı ilə məğlub olduqları matçından sonra mətbuat konfransında deyib.

“Yaxşı hücumlarımız oldu, sadəcə dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi. Futbolçularım sona kimi mübarizə apardılar", - baş məşqçi deyib.

Mütəxəssisin sözlərinə görə, bəzi epizodlar var ki, orada daha soyuqqanlı və dəqiq olmaq lazım idi: "Məğlubiyyəti özümüzdə axtarmağa çalışıram. Onlar üçün rahat idi. Çünki onlar il boyu bu dinamikada oynayırlar. Bizim ölkə çempionatına nəzər salsaq, belə oyunlara hazırlıq o qədər də yüksək səviyyədə keçmir. Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik".

Qeyd edək ki, hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.

Oxşar xəbərlər