Qurban Qurbanov: Oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı

Qurban Qurbanov: Oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı UEFA Millətlər Liqası turniri çərçivəsində sabah millimiz Maltanın Ta Kalidəki Milli Stadionunda növbəti oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Malta – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanov, həmiçinin milli komandanın üzvü Rişard Almeydanın iştirakı ilə mətbuat konfransı təşkil olunub:

Qurban Qurbanov: “Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidir. Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək”.

Rişard Almeyda: “Bizim üçün məsul görüşdür. Vacib oyuna hazırlaşmışıq. Çalışacağıq ki, məşqçimizin tapşırıqlarını yerinə yetirək və müsbət nəticə qazanacağımıza ümid edirəm”.

Qeyd edək ki, Malta – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxşar xəbərlər