
2007-ci ildə Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Komissiyanın sonuncusu 2022-ci il noyabrın 29-da Bakıda olmaqla indiyədək 6 iclası keçirilib. İclasın sonunda hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən 6-cı iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə iqtisadi-ticari, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri nəzərdə tutulur.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 377,25 milyon ABŞ dolları olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. Halbuki 2021-ci ilin ticarət dövriyyəsinin həcmi 105,03 milyon ABŞ dolları olmuşdu.
Bütün qeyd olunan nəqliyyat layihələri Azərbaycan və Türkmənistanın qeyri-neft sektorundan əldə edə biləcəyi qazancları artırmaqla bərabər, ölkələrimizə regionda etibarlı tərəfdaş imicini qazandırır. Eləcə də Türkmənistanla aramızda olan bu marşrutlar vasitəsilə Azərbaycan mallarının Asiya bazarlarına və Türkmənistan mallarının Avropa bazarına çıxması üçün ən qısa və ən ucuz şəkildə yola sahib olmağımız, ölkələrin ixrac potensialının artmasına da öz müsbət töhfəsini verməkdədir.
Samiyə Abdulkərimova -12 saylı şəhər poliklinikasının baş həkimi