Ağ Ev: Ruslar dərhal güzəştə getdilər

Ağ Ev: Ruslar dərhal güzəştə getdilər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə Kreml təmsilçiləri dərhal güzəştə razı oldular.

Bunu ABŞ prezidenti Trampın xüsusi elçisi Stiv Uitkoff “Fox News”ə müsahibəsində Alyaskada keçirilən görüşün təfərrüatları barədə danışarkən deyib.

“Ruslar Alyaskadakı ilk görüşdə demək olar ki, dərhal güzəştə getdilər. Bu güzəştlər bizə qismən kömək etdi ki, biz onların daha mülayim olmağa hazır olduqlarını görə bilək", - Uitkof qeyd edib.

Uitkoff əlavə edib ki, Tramp və komandası Alyaksa görüşündə əsas diqqəti Ukraynada müvəqqəti atəşkəsdən daha çox uzunmüddətli sülh sazişinə yönəldiblər: "Biz orada çox vaxt keçirdik, çünki sülh sazişinə necə nail olmaqda həqiqətən irəliləyiş əldə etdik. Görüşdə prezident Tramp başa düşməyə başladı ki, bizim sülh sazişi üçün bir çox ilkin şərtlərimiz var. Belə olanda niyə tam sülh sazişi üçün səy göstərməyək?”

Oxşar xəbərlər