
Mərc oyunları reklam edən səhifələrdən biri sənətçinin fotosunu götürərək, süni intellektlə ondan video düzəldib.
Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.