
Klip sənətçinin Amerika səfəri zamanı lentə alınıb, rejissoru Elmar Bayramovdur. Layihədə ifaçının tərəf müqabili uzun illərdir əməkdaşlıq etdiyi məşhur dizayner Rüfət İsmayıldır. Ekran işi Aygün Kazımovanın rəsmi “Youtube” kanalında təqdim edilib.
Qeyd edək ki, Rüfət Xalq artistinin “Haradasan” adlı layihəsində də yer alıb.